aze eng rus
     
   
   
   
   
   
   
 
  ətraflı
 
  ətraflı
 
  ətraflı
 
ətraflı
 
Beynəlxalq Yüklərin Hava Yoli ilə Daşınması
ILHAM Co Beynəlxalq yük daşımaları şirkəti standart, çox qiymətli, qabaritli, ağır çəkili və təhlükəli yüklərin yüksək səviyyədə hava yolu ilə daşınmasını təşkil edir. Şirkətin dünya üzrə paylanmış beynəlxalq partnyorları istənilən ölçülü və istənilən növ yükləri ən qısa vaxt ərzində, yüksək keyfiyyət və sərfəli qiymətlərlə dünyanın istənilən nöqtəsinə çatdırılmasına imkan yaradır. Beynəlxalq və Russiya avia şirkətləri arasında olan möhkəm əlaqələrimiz optimal uçuş marşrutunu seçməyə imkan yaradir. Hal-hazırda İLHAM Co şirkətinin hava nəqliyyatında əməkdaşlıq etdiyi şirkətlərə Lufthansa, AZAL, Cargo Lux, British Airways, Turkish Airlines Cargo, Aeroflot və.s kimi avia şirkətlər daxildir.

Müştərinin istəyi ilə şirkətimizin işçiləri istənilən yükləri hava nəqliyyatı yolu ilə gündəlik avia və çarter reysləri qəbul edən aeroportlara daşınmasını, o cümlədən də hava nəqliyyatında lazım olan bütün gömrüklənmə və sənədləşdirmə işlərini həyata keçirir. Şirkət ölkə daxilində və ölkə xaricində yüklərin aeroportdan və ya aeroporta çatdırılmasını dünya üzrə paylanmış daşımaçılıq şirkətlərinin və şirkətə məxsus olan avtomobillərinin köməyi ilə həyata keçirir.

Şirkətin hava nəqliyyatında təklif etdiyi xidmət növləri:

  • “Qapıdan – Qapıya” - “Door to Door” sistemi ilə çatdırılma
  • “Qapıdan – Aeroporta” - “Door to Airport” sistemi ilə çatdırılma
  • “Aeroportdan – Qapıya” - “Airport to Door” sistemi ilə çatdırılma
  • Qabaritli və ağır yüklərin çatdırılması
  • Gömrük rəsmiləşdirməsi
  • Təhlükəli yüklərin daşınması
  • İzlənmə
  • Yüklərin sığortası
  • Yüklərin qablaşdırılması
  • Anbar xidmətləri