Avtomobil Nəqliyyatı

Beynəlxalq Yüklərin Avtomobil Nəqliyyatı Yoli ilə Daşınması

İLHAM Co şirkətinin daha bir xidmət sahəsi yüklərin avtomobil nəqliyyatı yolu ilə daşınmasıdır. Şirkət maksimal effektivliklə, şəxsi resurslarından istifadə edərək yüklərin dünyanın istənilən nöqtələrinə çatdırılmasını təmin edir. Şirkətin hal-hazırdakı avtomobil resursları tam gücü ilə fəaliyyətdədir. Nəzərə almaq lazımdır ki, irimiqyaslı və uzun müddətli layihələri həyata keçirərkən fraxtın əhəmiyyətli həcmləri ciddilik tələb edir. Tək bir şirkətin yük maşınları flotundan istifadə edərək bu məsələni bacara bilmək qeyri-mümkündür. Buna görə də, İLHAM Co şirkəti, transportyor, ekspeditor kimi, partnyorlarını və onların resurslarını bu kimi iri miqyaslı işlərə cəlb edir.

Şirkət standart həcmdə yüklərin çatdırılmasına öhdəliklərin ciddi yerinə yetirməsinə zəmanət verir. İLHAM Co Şirkəti Rusiyanın məlum avtomobil nəqliyyatı müəssisələri, MDB ölkələri, Avropa və Baltik dövlətləri ilə ən etibarlı, uzun müddətli müqavilələri bağlamışdır ki, buda yüklərin daşınmasını asanlaşdırır.

İLHAM Co şirkətinin qurduğu əməkdaşlıq əlaqələri və müştərək fəaliyyəti o cümlədən daşımaçılıq sahəsində təcrübələri qısa müddət ərzində effektli marşrutları aşkar etməyə imkan yaradır.

İdxal – İxrac Daşınma Marşrutları:

Skandinaviya istiqamətində: Finlandiya, İsveç, Norveç, Danimarka, Böyük Britaniya;
Qərbi Avropa: Fransa, Almaniya, Avstriya, Benilüks, İsveçrə, Çexiya Respulikası, Slovakiya, Belçika, Niderland, Polşa;
Cənubi Avropa istiqamətində: Portuqaliya, İspaniya, Macarıstan, Rumınya, Bolqariya, Türkiyə, əvvəlki Yuqoslaviya, İtaliya, Yunanıstan, Suriya, İordaniya.
İLHAM Co Şirkəti standart və qeyri-standart təhlükəli, qiymətli yüklərin daşınmasını da həyata keçirir.

Beynəlxalq daşınmalarda, şirkət 90-120 m2 həcmli nəqliyyat vasitələrindən istifadə edir. Bundan əlavə müştərilərə Avropa anbarlarında qablaşdırma, yüklərin saxlanmasını da təklif edir.

Birbaşa Mesaj