Hava Nəqliyyatı

Beynəlxalq Yüklərin Hava Yoli ilə Daşınması

ILHAM Co Beynəlxalq yük daşımaları şirkəti standart, çox qiymətli, qabaritli, ağır çəkili və təhlükəli yüklərin yüksək səviyyədə hava yolu ilə daşınmasını təşkil edir. Şirkətin dünya üzrə paylanmış beynəlxalq partnyorları istənilən ölçülü və istənilən növ yükləri ən qısa vaxt ərzində, yüksək keyfiyyət və sərfəli qiymətlərlə dünyanın istənilən nöqtəsinə çatdırılmasına imkan yaradır. Beynəlxalq və Russiya avia şirkətləri arasında olan möhkəm əlaqələrimiz optimal uçuş marşrutunu seçməyə imkan yaradir. Hal-hazırda İLHAM Co şirkətinin hava nəqliyyatında əməkdaşlıq etdiyi şirkətlərə Lufthansa, AZAL, Cargo Lux, British Airways, Turkish Airlines Cargo, Aeroflot və.s kimi avia şirkətlər daxildir.

Müştərinin istəyi ilə şirkətimizin işçiləri istənilən yükləri hava nəqliyyatı yolu ilə gündəlik avia və çarter reysləri qəbul edən aeroportlara daşınmasını, o cümlədən də hava nəqliyyatında lazım olan bütün gömrüklənmə və sənədləşdirmə işlərini həyata keçirir. Şirkət ölkə daxilində və ölkə xaricində yüklərin aeroportdan və ya aeroporta çatdırılmasını dünya üzrə paylanmış daşımaçılıq şirkətlərinin və şirkətə məxsus olan avtomobillərinin köməyi ilə həyata keçirir.

Nəzərdə Tutulan Logistika Programının Təşkili (Yükləmə / Boşaltma, Qablaşdırma, Toplama Və Anbarlama, Sənədləşdirmə Və Anbarlama)

  • Təhlükəli yüklər üçün
  • Geyim və lüks mallar üçün
  • Avto hissələri üçün
  • Neft və Qaz Sənayesi üçün nəzərdə tutulan yüklər üçün
  • Әczaçılıq yükləri üçün
  • Qiymətli metal yüklər üçün

Digər Xidmətlər:

  • Təhlükəli yüklər
  • idxal / ixrac yüklərin toplanması və paylaşılması
  • Yükləmə, qablaşdırılma, yığılma və paylaşdırılma
  • Bölünmüş və Tam Hava Çarteri
  • Dünya üzrə Qapıdan-Qapıya Xidmətlər
  • Dəniz / hava və qara yol/ hava nəqliyyatı
  • Gömrük rəsmiləşdirilməsi xidməti
  • Yükləmə və çatdırılma xidmətləri
  • Qablaşdırma və kreytinq

Birbaşa Mesaj